Tovuzda avtomobilin vurduğu piyada ölüb

Tovuzda avtomobilin vurduğu piyada ölüb
  • Clock-gray 14:18
  • calendar-gray 01 Dekabr 2020

Tovuzda piyadanın ölümünə səbəb olan yol-nəqliyyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Aşağı Öysüzlü kəndi ərazisində kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Sail Ağasəlim

Digər xəbərlər