Tovuzda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Tovuzda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 21 fevral 2021 20:53 (UTC +04:00)

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə “Tovuz Park”ın qarşısında qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.

Qəza zamanı 1986-cı il təvəllüdlü Məmmədov Məqsəd Sabir oğlu dünyasını dəyişib. Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR