Tovuzda “xınayaxdı” məclisinin qarşısı alınıb - FOTO

Tovuzda “xınayaxdı” məclisinin qarşısı alınıb - FOTO
# 26 dekabr 2020 10:40 (UTC +04:00)

Tovuzda “xınayaxdı” məclisinin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejimi qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərin qatıldığı məclisin keçirilməsinin qarşısı alınıb.

Məlum olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün “xınayaxdı” mərasimini qudası Fazil Mehdiyevin evində keçirib. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR