Tovuzda yaşlı kişi tanımadığı şəxs tərəfindən döyülüb

Tovuzda yaşlı kişi tanımadığı şəxs tərəfindən döyülüb
# 03 yanvar 2020 06:12 (UTC +04:00)

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində baş verib.

Rayon sakini, 1946-cı il təvəllüdlü Qasımov Məzahir müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, 73 yaşlı kişi tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR