Tərtərdə minik maşını yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Tərtərdə minik maşını yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var - FOTO
  • Clock-gray 20:35
  • calendar-gray 21 İyun 2020

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Habil Aslanoğlu

Digər xəbərlər