Tərtərdə məsciddə toplaşanlar cərimələnib - FOTO

Tərtərdə məsciddə toplaşanlar cərimələnib - FOTO
# 30 avqust 2020 14:12 (UTC +04:00)

Tərtər şəhərində məsciddə toplaşanlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR