Xaçmazda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Xaçmazda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
# 30 iyun 2020 14:10 (UTC +04:00)

Xaçmazda yük maşını ilə minik avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 29-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-21115”in sürücüsü hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR