Xırdalanda 18 yaşlı oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Xırdalanda 18 yaşlı oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb
# 25 fevral 2020 09:03 (UTC +04:00)

Abşeronda bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, 20-ci məhəllə adlanan yerdə qeydə alınıb.

Şəhər sakini, 2002-ci il təvəllüdlü Nuriyev Nurlan Nəsimi oğluna naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub. 18 yaşlı oğlan xəstəxanaya çatdırılıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR