Xırdalanda üçmərtəbəli binada yanğınla nəticələnən partlayış baş verib, 1 nəfər xəsarət alıb

Xırdalanda üçmərtəbəli binada yanğınla nəticələnən partlayış baş verib, 1 nəfər xəsarət alıb
# 09 dekabr 2019 11:25 (UTC +04:00)

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR