Xocavənd sakinini avtomobil vuraraq öldürüb

Xocavənd sakinini avtomobil vuraraq öldürüb
# 03 avqust 2020 13:15 (UTC +04:00)

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanmış Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR