Xocavənddə iki piyadanı maşın vurub, ölən var

Xocavənddə iki piyadanı maşın vurub, ölən var
# 03 fevral 2020 11:55 (UTC +04:00)

Xocavənddə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri N.Əlizadəni və İ.Hacızadəni vurub.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR