Yeni qanunların tətbiqi ilə əlaqədar iki mindən artıq məhkum cəzadan azad edilib

Yeni qanunların tətbiqi ilə əlaqədar iki mindən artıq məhkum cəzadan azad edilib
  • Clock-gray 15:46
  • calendar-gray 01 Mart 2021

Ötən il “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə tədbirlər davam etdirilib, mühüm qanunvericilik aktları hazırlanıb və bir çoxu qəbul edilib.

APA-nın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

Qeyd olunub ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb. 

Sail Ağasəlim

Digər xəbərlər