Yevlaxda 69 yaşlı kişi itkin düşüb

Yevlaxda 69 yaşlı kişi itkin düşüb
# 24 mart 2021 12:37 (UTC +04:00)

Yevlax sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax şəhər sakini, 1952-ci il təvəllüdlü Məmmədov Ağamusa Məhəmmmədəli oğlu martın 3-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun üzərində boz rəngdə jilet, jaket, şalvar və qara rəngli ayaqqabı olub.

Ağamusa Məmmədovu görənlərdən Yevlax Rayon Polis Şöbəsinin 0223364502, 0514681111 və ya itkin düşən şəxsin ailəsinə məxsus 0558580148 nömrələri ilə əlaqə saxlamağı xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR