Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB-1

Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB-1
# 13 dekabr 2020 09:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verə qəza ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytlına istinadən verdiyi məlumata görə, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

12 dakabr, saat 23.26

Yevlax şəhərində yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu, 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə İsmayıl qızıdır.

Qeyd edək ki, ölən sərnişin 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Həsənov Rais Əli oğlunun idarə etdiyi yük maşınında olub. Onların olduğu avtomaşın 1958-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Levan Saxlianın idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını ilə toqquşub.

***

12 dekabr, saat 22:26

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Gürcüstan qeydiyyat nişanlı "Mersedes" markalı qoşqulu yük maşını digər yük maşını ilə toqquşub. Qəza nəticəsində ikincidə olan bir nəfər dünyasını dəyişib. Həmin avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişinin çıxarılması üçün əraziyə FHN-in xilasetmə qrupu cəlb olunub. Onların köməkliyi ilə həmin qadın sərnişinin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR