Yevlaxda yol qəzası baş verib, yaralananlar var - FOTO

Yevlaxda yol qəzası baş verib, yaralananlar var - FOTO
# 29 dekabr 2019 20:18 (UTC +04:00)

Bakı-Qazax avtomobil magistralının Yevlax rayonunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yevlax sakinləri - 1984-cü il təvəllüdlü İlkin Zakir oğlu Mikayılov və 1956-cı il təvəllüdlü Məmmədov Rafiq Ələddin oğlu Yevlax şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR