Yol qəzasında “VAZ” markalı avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Yol qəzasında “VAZ” markalı avtomobil dərəyə aşıb, bir nəfər ölüb
# 05 oktyabr 2020 05:04 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda “VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasediciləri 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR