Zaqatalada beşotaqlı ev yanıb

Zaqatalada beşotaqlı ev yanıb
  • Clock-gray 08:15
  • calendar-gray 08 İyul 2020

Zaqatala rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gecə saat 03:20 radələrində rayonun Çobankol kəndində, kənd sakini Fatimə Nurullayevaya məxsus, ümumi sahəsi 156 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər