Zaqatalada qardaş qardaşı bıçaqlayıb

Zaqatalada qardaş qardaşı bıçaqlayıb
  • Clock-gray 09:05
  • calendar-gray 04 İyul 2020

Zaqatalada qardaş qardaşı bıçaqlayıb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

S. Abdullayevə lazımi tibbi yardım göstərilir, müalicəsi xəstəxanada davam etdirilir. S. Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir. 

Araşdırma zamanı məlum olub ki, S. Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayev ilə şəxsi münasibətlər zəminində mübahizə edib. Mübahizə zamanı K. Abdullayev üzərində olan bıçaqla S. Abdullayevi bıçaqlayıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Vüqar Heydərov

Digər xəbərlər