Zığ yolunda sürət həddi endirilib

Zığ yolunda sürət həddi endirilib
# 17 yanvar 2020 11:32 (UTC +04:00)

Zığ yolunda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib.

Sürücülərdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, bu gündən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba yolunda da sürət həddi endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR