Zərdabda koronavirus xəstəsi barədə cinayət işi başlanıb

Zərdabda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
  • Clock-gray 10:59
  • calendar-gray 08 Dekabr 2020

Zərdab rayon sakini 1962-ci il təvəllüdlü Hüseynov Telman Əli oğlunun COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Bu barədə APA-ya Zərdab rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər