Abşeron rayonunda piyadanı avtomobil vurub

Abşeron rayonunda piyadanı avtomobil vurub
# 13 oktyabr 2019 00:50 (UTC +04:00)

Masazır qəsəbəsində yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivinin yaxınlığında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Yusifli Fərid Qulu oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR