Abşeronda avtomobil aşıb, xəsarət alan var - FOTO

Masazırda qəza

© APA | Masazırda qəza

# 05 iyun 2022 19:39 (UTC +04:00)

Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Masazır-Novxanı şosesində, Duz gölünün yaxınlığında baş verib.

Belə ki, Bəhruz Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə sağ zolaqda olarkən solda hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Qəza zamanı “Opel” aşaraq Duz gölünün mühafizə çəpərinə çırpılıb.

Qəza zamanı “Opel”-də olan sərnişin xəsarət alıb.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR