Abşeronda dayı bacısı oğlunu külqabı ilə döyüb

Abşeronda dayı bacısı oğlunu külqabı ilə döyüb
# 24 oktyabr 2019 01:05 (UTC +04:00)

Abşeron rayonu Xırdalan şəhərində ailəvi mübahisə zəminində dava baş verib.

APA xəbər verir ki, Nizami küçəsində kirayədə yaşayan kişi ilə onun bacısının ailəsi arasında mübahisə yaranıb. Evə içkili vəziyyətdə gələn dayı bacısı oğlu, 2001-ci il təvəllüdlü Zeynalov Rəvan İlqar oğlu ilə mübahisə edib və onun başına külqabı ilə xəsarətlər yetirib.

Gənc oğlan xəstəxanaya çatdırılıb. Sol almacıq sümüyünün əzilmiş yarası diaqnozu qoyulan R.Zeynalova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR