Abşeronda mənzildə qoca qadına qarşı quldurluq edilib

Abşeronda mənzildə qoca qadına qarşı quldurluq edilib
# 20 iyul 2019 06:32 (UTC +04:00)

Xırdalan şəhərində quldurluq hadisəsi törədilib.

APA xəbər verir ki, 1950-ci il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı mənzilə bir nəfər naməlum şəxs daxil olaraq ona bıçaqla hədə-qorxu gəlib.

Həmin şəxs qadının üzərində olan qızıl-zinət əşyalarını, mənzilindəki 350 manat pulunu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR