Abşeronda yeniyetməni avtomobil vurub

Abşeronda yeniyetməni avtomobil vurub
# 12 may 2022 01:42 (UTC +04:00)

Xırdalanda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 7 saylı məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Hüseynov Əlican Zaur oğlu yolun əks tərəfinə keçərkən onu minik maşını vurub.

Yaralı piyada ağır vəziyyətdə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR