Abşeronda yol qəzasında xəsarət alan beş nəfərdən ikisinin vəziyyəti ağırdır - YENİLƏNİB

Abşeronda yol qəzasında xəsarət alan beş nəfərdən ikisinin vəziyyəti ağırdır - YENİLƏNİB
# 14 iyun 2022 11:07 (UTC +04:00)

Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

KTM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin reanimasiya şöbəsinə, bir nəfər travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qeyd olunub ki, reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.

Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdülü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir.

***

04.00

Goradil qəsəbəsində ağır yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Pirşağı-Goradil yolunda qeydə alınıb.

“Lada” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Əhmədov Fəxri Əkbər oğlu sükana nəzarəti itirərək avtomobili aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1986-ci il təvəllüdlü Rüstəmova Könül Vaqif qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR