Ağcabədidə 16 min manatlıq taxıl oğurlanıb - VİDEO

Ağcabədidə 16 min manatlıq taxıl oğurlanıb - VİDEO
# 07 sentyabr 2022 10:28 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Ağcabədi RPŞ-yə müraciət edən rayon sakini ona məxsus evdən məişət əşyasının oğurlanması barədə məlumat verib.

Daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də oğurluq etdiyinə görə elektron qolbaqla təchiz olunmuş Bəhram Yolçuyev saxlanılıb.

Bundan başqa, digər bir rayon sakini RPŞ-yə müraciət edərək ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Keçirilmiş tədbirlərlə həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şamil Məmmədov da saxlanılıb. İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR