Ağcabədidə iki maşın toqquşub, ölən var

Ağcabədidə iki maşın toqquşub, ölən var
# 05 dekabr 2022 10:11 (UTC +04:00)

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər sakini F.Mamedovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə M.Hüseynzadə və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR