Ağcabədidə pambıq sahəsində yanğın olub

Ağcabədidə pambıq sahəsində yanğın olub
# 26 sentyabr 2022 18:14 (UTC +04:00)

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində pambıq sahəsinə yığılmış 1,8 ton pambığın 0,4 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən pambığın qalan hissəsi və pambıq sahəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR