Ağcabədidə mikroavtobus avtomobillə toqquşub, xəsarət alanlar var - FOTO

Ağcabədidə mikroavtobus avtomobillə toqquşub, xəsarət alanlar var - FOTO
# 31 mart 2023 13:04 (UTC +04:00)

Ağcabədidə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin H. Əliyev prospektində baş verib.

"Mercedes" markalı, 04-BO-112 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu "VAZ -2107" markalı, 10-OF-442 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR