Ağdamda 5 yaşlı qızı ilə birgə axtarılan qadın ailə qurmaq üçün evdən gedib

Ağdamda 5 yaşlı qızı ilə birgə axtarılan qadın ailə qurmaq üçün evdən gedib
# 24 noyabr 2022 16:50 (UTC +04:00)

Ağdamda 5 yaşlı övladı ilə birgə itkin düşdüyü bildirilən 25 yaşlı qadın ailə həyatı qurmaq üçün evdən gedib.

Bu barədə APA-ya polis vasitəsilə axtarışa verilən Təhminə Ağayeva özü məlumat verib.

Təhminə Ağayevanın sözlərinə görə, onun evdən getməsindən ailəsi məlumatlıdır: “İki il əvvəl birinci həyat yoldaşımdan ayrılmışam. 5-6 gün əvvəl isə yeni münasibət qurduğum şəxslə birgə evdən çıxmışam. Atamın, qardaşımın da bundan xəbəri var. Mən itkin deyiləm, hazırda sevdiyim şəxslə birgə xoşbəxt ailə həyatı yaşayıram”.

Qeyd edək ki, Ağdam rayonu, Mirəşelli kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Ağayevanın 5 yaşlı qızı ilə birgə itkin düşməsi barədə polisə məlumat daxil olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR