Ağdamda market yanıb - FOTO - VİDEO

Ağdamda market yanıb  - FOTO  - VİDEO
# 21 iyun 2022 12:16 (UTC +04:00)

Ağdamda market yanıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini Şahmarov Ramil Əhliman oğluna məxsus mağaza içindəki ərzaqlarla və avadanlıqla birgə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR