Ağdamda yol çəkən texnika minaya düşüb - VİDEO

Ağdamda yol çəkən texnika minaya düşüb - VİDEO
# 17 aprel 2022 19:45 (UTC +04:00)

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR