Ağdaş sakinindən silah götürülüb

Ağdaş sakinindən silah götürülüb
# 24 sentyabr 2019 12:52 (UTC +04:00)

Ağdaşda qanunsuz silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zeynəddin kənd sakini M.Şahmuradovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR