Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb
# 18 sentyabr 2019 10:32 (UTC +04:00)

Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, sentyabrın 17-də saat 15:30 radələrində Ağdaş rayonu Korarx kənd sakini, 1978-ci il təvəllüdlü Tərlan Həmidovun sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106” markalı avtomobil Ağdaş-Qolqəti-Şəki yolunun 5-ci km-də su kanalına düşüb. Nəticədə sürücü Tehran Həmidov, sərnişinlər - Şahlar Məmmədov, Elbrus Məhyəddinov və Cəlil Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Göstərilən ilkin və təxirəsalınmaz tibbi yardımlara baxmayaraq sərnişinlərdən Şahlar Məmmədov və Elbrus Məhyəddinovun həyatını xilas etmək mümkün olmayıb.

Həmin faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR