Ağdaşda maşın kanala düşüb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda maşın kanala düşüb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB
# 17 sentyabr 2019 18:24 (UTC +04:00)

Ağdaşda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində rayon sakinləri - Şahlar Məmmədov və Elbrus Məhiyəddinov dünyasını dəyişiblər.

***

Saat 17:48

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Şəkili kəndində idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil kanala düşüb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən ikisi ölüb, daha 2 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR