Ağstafada qatarın vurub öldürdüyü qadının şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı dünyasını dəyişən şəxs 52 yaşlı Mətanət Əliyevadır.
***
07.49
Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan qatar dəmir yolu xəttini keçmək istəyən qadını vurub.
Qadın hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.