Alpinist kursları keçərək evlərdən 2 milyonluq oğurluq edənlərin məhkəməsi keçirilib

Təqsirləndirilən şəxslər

© APA | Təqsirləndirilən şəxslər

# 18 yanvar 2022 18:31 (UTC +04:00)

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə oğurluq edilən binalardan birində elektrik işləmiş Azad Nəcəfov ifadə verib.

Şahid bildirib ki, məsələlərdən ötən ilin yanvar ayının 1-dən 2-nə keçən gecə xəbərdar olub: "Həmin vaxt Yasamal rayonunda yerləşən 22 mərtəbəli binada işləyirdim. Axşam saatlarında mühafizəçilər dedilər ki, binanın damında qəribə bir şey var. Yuxarı qalxanda gördük ki, damdan 12-ci mərtəbəyə kimi kəndir sallanır. Müəyyən etdik ki, bu xüsusi alpinist kəndiridir. Aşağı düşdükdən sonra da Yasamal Rayon Polis İdarəsinə məlumat verdik".

Proses yanvarın 25-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının açıqladığı məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.

Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər. Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov qarət edəcəyi mənzilləri müəyyən etmək üçün əvvəlcə şəhərin müxtəlif yerlərindəki çoxmərtəbəli binaların kənardan fotoşəkillərini çəkirmiş. Həmin binalarda bir neçə ay müşahidələr apararaq hansı mənzildə yaşayışın olub-olmadığını, ev sahiblərinin mənzilə gəlib-getmə saatlarını müəyyən edirmiş. Bunun üçün binaların sxemlərini hazırlayaraq oğurluq üçün plan qururmuş. Saxlanılan zaman Cavid Süleymanovun üzərindən və əlindəki çantadan həmin sxemlərin qeyd edildiyi dəftərlər, eləcə də, içərisində oğurluq etməyi planlaşdırdığı Bakı şəhərinin müxtəlif nöqtələrində yerləşən çoxmərtəbəli binaların 2500-dən çox şəkli olan fotoaparat da aşkar edilib.

Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Onun yaşadığı evə baxış zamanı, həmçinin, mənzilə daxil olduqda zərərçəkmişlə rastlaşacağı təqdirdə istifadə etmək üçün əldə etdiyi 5 ədəd qaz balonu, 2 ədəd uzaqdan məsafədən əlaqə saxlamaq üçün istifadə edilən radio vasitə, mənzillərin qapılarını qırmaq üçün alətlər, alpinist fəaliyyəti ilə bağlı olan xeyli sayda kəndir, dayaq qurğuları və digər əşyalar aşkar olunaraq götürülüb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bu iş üzrə 8 zərərçəkmiş var.

İttihama görə, hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR