ANAMA: Tərtərdəki partlayış tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı baş verib

ANAMA: Tərtərdəki partlayış tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı baş verib
# 27 may 2023 18:26 (UTC +04:00)

Bu gün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı partlayış baş verib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatı təhlükəsi yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR