Arıların sancdığı Cəlilabad sakini xəstəxanada ölüb

Arıların sancdığı Cəlilabad sakini xəstəxanada ölüb
# 23 may 2023 00:05 (UTC +04:00)

Cəlilabad sakinini arı sancıb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Alar kəndində baş verib.

Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib.

A.Rzayev Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq arıçı xəstəxanada dünyasını dəyişib.

Ilkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı sancmasıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR