Arvadını öldürüb, qaynı və qayınanasını yaralayan şəxsə ağır cəza verilib

Arvadını öldürüb, qaynı və qayınanasını yaralayan şəxsə ağır cəza verilib
# 29 iyul 2022 17:27 (UTC +04:00)

Bakıda arvadını öldürüb, qaynı və qayınanasını yaralayan Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Bəxtiyar Məmmədov 20 il azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, bu ilin fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR