Astarada sərhədçilər meşədə 25 kiloqram narkotik aşkarlayıblar

Astarada sərhədçilər meşədə 25 kiloqram narkotik aşkarlayıblar
  • Clock-gray 10:16
  • calendar-gray 14 Noyabr 2019

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­hə­dinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əmə­liyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə nar­kotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dan APA-ya verilən məlumata görə, noyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülüb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gəti­rən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date