Axtarışda olan 2 685 nəfər tutulub

DİN-də kollegiya iclası

© APA | DİN-də kollegiya iclası

# 15 iyul 2022 16:44 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin açılıb.

APA xəbər verir ki, bunu DİN-də keçirilən kollegiya iclasında daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

Nazir müavini bildirib ki, 4 832 hüquqazidd əməlin qarşısı alınıb: “Axtarışda olan 2 685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxs tutulub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR