Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır - FOTO

Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır - FOTO
# 08 fevral 2023 13:00 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.

APA-nın Kahramanmaraşa ezam olunmuş əməkdaşı Səlcuq Elçin xəbər verir ki, onlardan 41 nəfəri tibbi personaldır.

Həmin şəxslərin bir qrupu Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR