Azərbaycan insan alverində təqsirləndirilən qadını İnterpol xətti ilə axtarışa verib

Ruhəngiz Orucova

© APA | Ruhəngiz Orucova

# 17 yanvar 2022 16:06 (UTC +04:00)

Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən R. Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR