Azərişıq: Lənkəranda elektrik enerjisinin verilişi 1 saat ərzində bərpa olunacaq - YENİLƏNİB

Azərişıq: Lənkəranda elektrik enerjisinin verilişi 1 saat ərzində bərpa olunacaq - YENİLƏNİB
# 05 sentyabr 2022 22:21 (UTC +04:00)

Lənkəranda güclü külək səbəbindən elektrik enerjisinin verilişindəki fasilə 1 saat sonra bərpa olunacaq.

APA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra qurum əməkdaşları qəza baş verən əraziyə baş çəkib.

Hazırda birqadalar qəza yerində çalışır.

Qarşıdakı 1 saat ərzində elektrik enerjisi təchizatı bərpa ediləcək.

***

Saat 20:55

Lənkəranda güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Koroğlu küçəsində irigövdəli ağac Nuranə Əliyevaya məxsus evin üstünə aşıb.

Ərazidəki elektirik xətləri qırılıb.

Hazırda şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanıb.

Güclü külək hələ də davam edir.

Hüseyin Vəliyev

İlkin Cəlilov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR