AzTV-nin əməkdaşları qəzaya düşüb, 3 nəfər xəsarət alıb

AzTV-nin əməkdaşları qəzaya düşüb, 3 nəfər xəsarət alıb
  • Clock-gray 22:14
  • calendar-gray 10 Sentyabr 2019

 

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım - 1992-ci il təvəllüdlü Səbinə Talibova Fərhad qızı, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki xanım xəstəxanadan evə buraxılsalar da, S.Cəfərzadənin müalicəsi davam etdirilir.

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date