Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya enib

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya enib
# 05 fevral 2023 21:39 (UTC +04:00)

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən APA-ya bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR