“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB - VİDEO

“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB  - VİDEO
# 23 yanvar 2023 09:33 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.

QSC-dən APA-ya daxil olan məlumata görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib.

Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib: "Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

***

09.08

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

APA xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR