Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginlik düşüb, "Sahil” stansiyası işıqsız qalıb

Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginlik düşüb, "Sahil” stansiyası işıqsız qalıb
# 20 avqust 2019 13:01 (UTC +04:00)

Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginliyin düşməsi nəticəsində “Sahil” metrostansiyasının eskalatorları və işıqlanma sistemində qısamüddətli problem yaşanıb.

Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 3 dəqiqə ərzində təhlükəsizlik tələblərinə ciddi əməl olunmaq şərti ilə eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında hər hansı xəsarət alan yoxdur.

Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR